80 yaşlı kişi qətlə yetirilib

İngiltərədə 80 yaşlı kişini qətlə yetirən 5 uşaq həbs edilib

Neytral.ge xəbər verir ki, İngiltərədə Lesterşir əyalətinin Braunston şəhərində 80 yaşlı kişini qətlə yetirən 5 uşaq həbs edilib.

Polisin məlumatına görə, Franklin Parkında itini gəzdirən Bim Kohli yeniyetmələr tərəfindən fiziki zorakılığa məruz qalıb. Təcili yardım gələnə qədər uşaqlar hücum yerini tərk ediblər və Kohli aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Lesterşir polisinin məlumatına görə, həbs edilən uşaqlardan ikisi, bir qız və bir oğlanın 14, digər üçü, bir oğlan və iki qızın isə 12 yaşı var.

Əməliyyatçılar yerli sakinləri, hadisənin şahidi olduqları halda polisə xəbər verməyə çağırırlar.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Neytral.ge-nin xalqa müraciəti

Növbəti Məqalə

“Zirvə Adamı”-n şəxsiyyəti müəyyən olundu

Oxşar Xəbərlər