Neytral.ge xəbər verir ki, Ukrayna Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təsdiq edib.
Sibiqa 2020-ci il martın 4-dən Xarici İşlər Naziri vəzifəsində çalışan Dmitri Kulebanı əvəz edib.
Kuleba 5 sentyabr 2024-cü ildə öz təşəbbüsü ilə kabineti tərk etdi.
Andriy Sibiqa ukraynalı diplomat və hüquqşünasdır. 2016-2021-ci illərdə Ukraynanın Türkiyədəki səfiri olub. 2024-cü il aprelin 12-dən Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsini tutub.