İsrail Müdafiə Qüvvələri – İsrail əsgərləri hədəflərə çatana qədər Cenin əməliyyatını davam etdirəcək
Neytral.ge xəbər verir ki, İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilindəki Cenin şəhərindən çıxarıldığına dair xəbərləri təkzib edərək, qoşunların məqsədlərinə çatana qədər əməliyyatı davam etdirəcəyini bildirib.
İsrail ordusunun məlumatına görə, əməliyyat çərçivəsində son 10 gün ərzində şəhərdə “HƏMAS”ın komandiri də daxil olmaqla 14 fələstinli silahlı məhv edilib, axtarışda olan 30-dan çox fələstinli həbs edilib.
Məlumat üçün bildirək ki, Fələstinin “Vafa” xəbər agentliyi İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərindən geri çəkildiyini bildirib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 10 günlük reydi zamanı 21 nəfər həlak olub.