Zuqdidi şəhərinin Dadiani küçəsində yaşayış binasının 9-cu mərtəbəsindən fəhlə yıxılıb.
Neytral.ge xəbər verir ki, Təcili yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da fəhlə yolda dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspert kriminoloqlar səfərbər olunub.
Məlumata görə, ölən şəxs xarici ölkə vətəndaşıdır.