“Meymun baxır güzgüyə adını qoyur özgəyə”-Seçkiqabağı kampaniya ilə bərabər müxalifət partiyaya qarşı repressiyalar başlayıb

Gürcüstanda seçkiqabağı kampaniya başlamaqla bərabər artıq müxalifət partiyalarına qarşı repressiyalar, hökumət tərəfdən qanunsuz həbslər, şər-böhtanlar, hədə-qorxular, fiziki psixoloji və mənəvi təzyiqlər də başlayıb. Bu dəfə isə hədəfdə Lelo partiyası oldu.

Neytral.ge xəbər verir ki, yuxarıda sadaladıqlarımızdan biri də müxalifət Lelo partiyasının Qaraçöp mahalındakı aktivistinə qarşı baş verib.

Belə ki, Lelo partiyasının Marneulidəki qərargahının sədri Aqil Mustafayevin açıqlamasına görə, Yor Muğanlı kəndində Lelo partiyasının aktivisti Vüsal Qayıbovun və onun qardaşının evində axtarış aparılıb və evdən silah sursat aşkar edilib.

Mustafayevin qeyd etdiyinə görə, Qayıbov ailəsinin bu silahdan xəbəri olmayıb və bu fakt özü özlüyündə bəlli edir ki, iqtidar partiya seçkidə uduzacağından əmin olduğuna görə artıq rəqib partiyaya ləkə yaxmağa çalışır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Vüsal Qarayevin evindən 2 silah və 59 ədəd güllə aşkar edilib.

Odlu silahın qanunsuz alınması və saxlanılması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə istintaq başlayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Əfqan Sadıqovun həyat yoldaşı: “Bizi ölümlə hədələyirlər”

Növbəti Məqalə

Tbilisidə Rusiya Universitetinin qapalı tədbiri keçirilib

Oxşar Xəbərlər