Rusiya Ukraynanın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

Ukraynanın Xarici İşlər Naziri Andriy Sibiha Ukrayna Kəşfiyyatının Baş İdarəsinə (ГУР) əsaslanaraq yazır ki, Rusiya Ukraynanın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır və bu, qlobal nəticələrə malik nüvə insidentinin yüksək riskinə gətirib çıxaracaq. Onun sözlərinə görə, Ukrayna bu barədə tərəfdaş ölkələri və Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) məlumatlandırıb.

Neytral.ge bildirir ki, Sibiha bu barədə X-də yazır.

“Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın mühüm nüvə enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır. Xüsusilə, bu, nüvə enerjisinin təhlükəsiz istismarı üçün kritik əhəmiyyət kəsb edən AES-lərdəki açıq paylayıcı qurğulara və ötürücü yarımstansiyalara aiddir.

Bu obyektlərin zədələnməsi qlobal nəticələrə malik nüvə insidentinin yüksək riski ilə nəticələnəcək. Xüsusi xidmət orqanlarımız bu məlumatı tərəfdaşlarımıza çatdırıb, MAQATE-yə də məlumat verilib”, – Sibiha yazıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İvanişvili Amerika sanksiyalarından gizlənə bilməz – Ruxadze

Növbəti Məqalə

“Gürcü arzusu” rus hekayəsini səsləndirir – Nina Yankoviç

Oxşar Xəbərlər