Avropa Şurasının parlament nümayəndə heyəti sabah Tbilisiyə gəlir.
Neytral.ge xəbər verir ki, Avropa Şurasının parlament nümayəndə heyəti sabah Tbilisiyə gəlir. Səfərin məqsədi seçkiqabağı prosesləri müşahidə etmək və seçkilərdə iştirak edən subyektlərdən məlumat almaqdır. Rumıniyanın Avropa Parlamentinin rəhbəri olduğu altı nəfərlik nümayəndə heyəti iqtidar və müxalifətdən başqa, prezident, parlamentin sədri, həmçinin Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Mərkəzi Seçki Komissiyasında da iclasların keçirilməsi nəzərdə tutulub.
Oktyabrın 26-da Avropa İttifaqının parlament nümayəndə heyəti beynəlxalq müşahidəçi qismində birgə seçki proseslərini izləməyə hazırlaşır.