“İlya yolu” – “Güclü Gürcüstan”ın üzvləri Bolnisi sakinləri ilə görüşüblər.
Neytral.ge xəbər verir ki, “Güclü Gürcüstan” koalisiyasının üzvləri Lana Qaldava, Tazo Datunaşvili, Aqil Mustafayev və seçki qərargahının rəhbəri Fəqan Hüseynov bu gün Bolnisi sakinləri ilə görüşüblər və eyni zamanda onlar proqram sənədinin – “İlya yolu” mesajlarını və eyni zamanda, Bolnisi və ümumən Kvemo Kartli problemlərinin aradan qaldırılması üçün koalisiyanın baxışlarını təqdim etdilər.
Koalisiya üzvlərinin sözlərinə görə, seçki qərargahında əhalinin iştirakı yüksək olub, daha sonra söhbət sual-cavab rejimində keçib, əhali ilə görüşlər Bolnisi küçələrində davam edib.