Bir ailənin 4 üzvü həlak olub

İtaliyada evdə qaz partlaması nəticəsində bir ailənin 4 üzvü, o cümlədən 2 uşaq ölüb.

Neytral.ge xəbər verir ki, İtaliyanın Saviano şəhərində ikimərtəbəli evdə qaz sızması nəticəsində baş verən partlayışda 2-si uşaq olmaqla bir ailənin 4 üzvü həlak olub.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, partlayışdan sonra evin qismən uçması nəticəsində ana, nənə və bacı-qardaşlar ölüb, ata və yeni doğulmuş uşaq isə dağıntılar altından sağ-salamat çıxarılıb. 

Yerli KİV-in məlumatına görə, ata xəstəxanaya çatdırılıb və vəziyyəti ağırdır, yeni doğulmuş körpənin xəsarətləri isə həyatı üçün təhlükə yaratmır. 

“Yanğınsöndürənlər atanı və yeni doğulmuş körpəni xilas edərək, yerindəcə səfərbər olunmuş tibb işçilərinə təhvil veriblər, lakin təəssüf ki, meyitləri cansız tapılan bir oğlan və bir qıza kömək edə bilməyiblər”. – İtaliya Yanğından Mühafizə Xidmətinin bəyanatında yazılıb.

Partlayış yerli vaxtla səhər saat 7-də baş verib. Yanğınsöndürənlərin verdiyi məlumata görə, ata və yeni doğulmuş körpə səhər saatlarında, ana, nənə və bacı-qardaşların meyitləri gün ərzində – ananın saat 16:45-də, nənənin isə saat 01:00 radələrində tapılıb. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Şoltsun ​partiyası qalib gəlib

Növbəti Məqalə

Qaxaria Xartiyanı imzaladı

Oxşar Xəbərlər