Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən dünya liderlərinin və BMT-nin yüksək səviyyəli rəsmilərinin qəbuluna dəvətinin ləğv edilməsinə cavab verib.
Kobaxidzenin fikrincə, bu, “müxalifətin xeyrinə bir növ humanitar akt idi”.
“Ciddi deyil, üç gün əvvəl dəvət göndərdilər, sonra da ləğv edirlər – bu, müxalifətin xeyrinə bir növ humanitar hərəkət idi, baxmayaraq ki, müxalifət üçün də praktiki effekt verməyəcək”. – Baş nazir İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışından sonra deyib.