“Şəhid” pilotsuz uçan aparat mütəxəssisləri hazırlayan rusiyalı polkovnik müqavimət hərəkatının xüsusi əməliyyatı zamanı öldürülüb.
Rusiyanın Moskva vilayətində sentyabrın 27-nə keçən gecə Rusiya Müdafiə Nazirliyinin 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzinə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin polkovniki Aleksey Kolomeitsev öldürülüb. Məlumatı UNIAN Ukrayna hərbi kəşfiyyatının məlumatlı mənbələrinə əsaslanaraq yayıb.
Nəşrin yazdığına görə, Kolomeitsevin öldürülməsi yerli müqavimət anti-Kreml hərəkatının Ukrayna Müdafiə Nazirliyinin əsas kəşfiyyat bölməsi ilə razılaşdırılmış xüsusi əməliyyatının nəticəsi olub.
Kolomeitsev pilotsuz uçuş aparatlarının istifadəsi üzrə rusiyalı mütəxəssislərin təlimində, xüsusən də “Şahed” tipli pilotsuz uçan aparatların operatorları və texniki heyətinin hazırlanmasında iştirak edib.