VMH partyasının növbəti parlament namizədi haqqda

Neytral.ge xəbər portalı 26 oktyabr parlament seçkilərinə qoşulan azərbaycanlı namizədlər barədə izləyicilərimizi məlumatlandırmağı davam edir.

Birlik-Vahid Milli Hərəkat partyasının siyahısında Rəfi Orucov namizəd olaraq irəli sürülüb. Uzun müddət dövlət strukturunda çalışan bu gün VMH bölgədə siyasi şuranın sədr müavini olan Rəfi Orucovun tərcüməyi halını təqdim edirik.

Rəfi Orucov 1 sentyabr 1988 ildə Qardabani rayon, Qaratəhlə kəndində anadan olub, orta təhsilini Qaracalar kənd orta məktəbində alıb, ali təhsillidir, hüquqşunasdır. Uzun müddət Qardabani munisipalitetində yüksək vəzifələrdə çalışıb, Qardabani munisipaliteti bələdiyyə məclisinin sədr müavini və Qaratəhlə kəndindən yüksək faizlə seçilən deputatı olub.

Qeyd edək ki, Rəfi bəy, 2021ci ildə hazırkı hakimiyyərin apardığı siyasətlə razılaşmadığı üçün yüksək vəzifəsindən imtina edib, muxalifətə keçən ilk azərbaycanlılardandır. O, uzun müddətdir ki, VMH partyasında fəallığı ilə seçilir, eyni zamanda partyanın bölgə üzrə siyasi şurasının sədr müavini vəzifəsini daşıyır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

2008-ci ilin qərarları nəzərdən keçirilmir – Lavrov

Növbəti Məqalə

Erkən nikah anlayışının dəyişdirilməsinə “ehtiyac yoxdur”deyən təhsil naziri təyin edilib

Oxşar Xəbərlər