Haitidə 70 nəfər həlak olub

Haitidə silahlı dəstənin hücumu nəticəsində azı 70 nəfər həlak olub.

Haitinin paytaxtı Port-o-Prins yaxınlığındakı bir qəsəbədə silahlı dəstənin hücumu nəticəsində azı 70 nəfər həlak olub, 6000-dən çox insan isə didərgin düşüb. 

BMT-nin məlumatına görə, ölənlər arasında 10 qadın və 3 azyaşlı uşaq var. Qran Qrif dəstəsinin üzvləri tərəfindən azı 45 ev və 34 avtomobil yandırılaraq, sakinlər ərazidən qaçmağa məcbur edilib. 

Haitinin baş naziri Qari Connelli təhlükəsizlik qüvvələrinin ərazini gücləndirdiyini qeyd edərək, “Həssas qadınlar, kişilər və uşaqlara qarşı cinayətlər təkcə qurbanlara deyil, bütün Haiti xalqına qarşı bir hücumdur” dedi.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Mən dəstək olmaq üçün orada olacağam – Mask

Növbəti Məqalə

„Gürcü arzusu”nun banerlərinə yox – 3 televiziyanın bəyanatı

Oxşar Xəbərlər