Qiorqi Vaşadze – “Gürcü Arzusu” Avropa İttifaqı ilə vizasız gediş-gəlişin dayandırılmasını gətirir, biz Amerika ilə vizasız gediş-gəliş və Avropa İttifaqının pasportunu gətiririk.
Gürcü xalqı heç vaxt üzr istəməz, bizim heç kimə üzr borcumuz yoxdur.
Onlar burada bizdən üzr istəməlidirlər və biz Gürcüstanın güclü və vahid olması üçün mübarizə aparmalıyıq”, – “Birlik Milli Hərəkatının” lideri Qardabanidə əhali ilə görüşü zamanı bildirib.
Vaşadzenin sözlərinə görə, “Gürcü arzusu” yalnız Bidzina İvanişvilinin şəxsi maraqlarına yönəlib.
Onların partiyası indi təcrid vəziyyətində olduğu kimi, “Gürcü arzusu” da təcrid gətirir.
“Gürcü arzusu” çətinlik, yoxsulluq, korrupsiya gətirir, biz Avropa İttifaqında firavanlıq, zənginlik, inkişaf, xoşbəxtlik gətiririk.
“Gürcü arzusu” Avropa Birliyi ilə vizasız gediş-gəlişin dayandırılmasını gətirir, biz Amerika ilə vizasız gediş-gəliş və Avropa İttifaqının pasportunu gətiririk. Bizim onlardan fərqimiz budur.
“Gürcü arzusu” korrupsiya, cinayət, narkomaniya gətirir. Biz korrupsiyadan təhlükəsiz və ən əsası narkomaniyadan azad bir ölkə gətiririk.
“Gürcü arzusu” yalnız Bidzina İvanişvilinin maraqlarını qoruyur. Biz gürcü xalqının maraqlarını müdafiə edirik.
Bu ölkə Avropa Birliyinin üzvü olacaq və ən əsası bu ölkə inkişaf edəcək, birləşəcək.
Gürcü xalqı heç vaxt üzr istəməz, bizim heç kimə üzr borcumuz yoxdur.
Onlar burada bizdən üzr istəməlidirlər və biz Gürcüstanın güclü və vahid olması üçün mübarizə aparmalıyıq, biz buna mütləq nail olacağıq”, – Qiorqi Vaşadze bildirib.