Dəyişiklik Koalisiyası dövlət xidmətlərinə çıxış imkanlarını artırmaq üçün etnik cəhətdən dominant olmayan qrupların sıx məskunlaşdığı bələdiyyələrin yerli və mərkəzi qurumlarında müvəqqəti (problem həll olunana qədər) tərcüməçi vəzifəsinin tətbiqini tam dəstəkləyir. Hesab edirik ki, dil baryeri real, sosial tələbatların dərhal və vaxtında aradan qaldırılmasına, o cümlədən seçkilərdə şüurlu seçimə maneçilik törədən amil olmamalıdır. Bu baxışımız və vədimiz bukletlərimizdə öz əksini tapıb. Bununla gürcü və azərbaycan dillərini bilən yerli gəncləri işə götürəcəyik və istənilən ünsiyyət hər iki dilə düzgün tərcümə olunacaq. Eyni zamanda, biz uşaq bağçalarının və məktəblərin infrastrukturunun çatışmazlığı ilə bağlı problemlərin, o cümlədən, ilk növbədə, özəl təşəbbüsləri təşviq etməklə həllini təmin edəcəyik. – “Dəyişiklik Koalisiyası”nın bəyanatında deyilir.
Oxşar Xəbərlər
Kobaxidze: Bizim reytinq 60% təşkil edir
Kobaxidze iddia edir ki, “Gürcü arzusu”nun reytinqi təxminən 60% təşkil edir. Bizim reytinqimiz 60%-ə yaxındır, belə bir şəraitdə…
COP29-a hazırlıq işləri artıq son mərhələdədir – İlham Əliyev
“COP29-a hazırlıq işləri artıq son mərhələdədir” Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru…
Sanksiya tədbiqinə görə İvanişvili rejimi məsuliyyət daşıyır – Kramer
“Mövcud vəziyyətə görə məsuliyyət “Gürcü Arzusu”, hökumət və İvanişvilinin üzərinə düşür” – Devid Kramer sanksiyalarla bağlı Corc Buş…