Neytral.ge xəbər portalı 26 oktyabr parlament seçkilərinə qoşulan azərbaycanlı namizədlər barədə izləyicilərimizi məlumatlandırmağı davam edir.
Azad Kərimov – Gürcüstanda anadan olub, orta məktəbi Marneuli bələdiyyəsinin Bəylər kəndində oxuyub, o, Marneuli internat məktəbinin məzunudur, orta məktəbi bitirdikdən sonra, təhsilni Türkiyədə davam edib, 3 il Türkiyədə oxuyub, sonra təhsilini davam etmək üçün Gürcüstanda Qafqaz universitetinə keçid alıb və elə oraninda məzunu olub. Azad Kərimov siyasi karyerasında bir neçə təşkilatlarla əməkdaşlıq edib, o, 2014-cü ildən VMH partiyasının üzvü olub, 2016-ci ildə parlament seçkilərində Marneulidə seçki qərargahinin rəhbəri təyin olunub. 2017-dən 2021-ci ilədək Marneuli bələdiyyə məclisinin üzvü, 2023-cü ildən isə VMH partiyasinin Marneuli qərargahınin rəhbəri və eyni zamanda 26 oktyabrda keçiriləcək parlament seçkilərinin siyahısında yer alıb.
Neytral.ge xəbər portalı olaraq Azad Kərimova siyasi karyerasında uğurlar arzu edirik.