Birlik- Milli Hərəkat koalisiyasının parlament seçkilərində deputatlığa namizədi Rəfi Orucov partiyanın ölkədə və bölgədə həyata keçiriləcək işlərlə bağlı platformasını təqdim edib.
Neytral.ge xəbər verir ki, Platformada ölkə miqyasındakı mövcud problemlərindən başqa azərbaycanlıların yaşadığı bölgələrdəki problemlərin həlli yolları öz əksini tapıb.
Beləliklə, namizəd sözügedən platformada təhsil, kənd təssərüfatı, işsizlik, sosial, səhiyyə və digər məsələlərə toxunub. Diqqət çəkən məqamlardan biri azərbaycandilli məktəblərdə kadr probleminin həlli, 1+4 proqramının ödənişsiz olması, bölgədə zavodların, fabriklərin tikintisi və ixrac şəraitinin yaradılması, infrastrukturun düzəldilməsi və digər məsələlər olub.
Rəfi Orucovun bildirdiyinə əsasən, o, uzun zamandır bu platformanın üzərində çalışır və bölgələrdə xalqla görüşlərdə ən mühüm problemlərin həlli istiqamətində səylər göstərəcəyinə söz verir.
“ Bilirsiniz ki, mən uzun illərdir əhali ilə çalışıram, azərbaycanlıların yaşadığı bölgələrdə səslənən və görünən problemlər illərdir ki, həll edilmir. Parlament mandatı əldə edəcəyim tədqirdə bu problemlərin həlli üçün maksimum gücümü sərf edəcəyəm. Bundan başqa nəzərdə tutduğum bir sıra qanun dəyişiklik və layihələrin təqdimatını da düşünürəm”.
Qeyd edək ki, digər partiya və namizədlər tərəfindən xüsusən azərbaycanlılarla bağlı platforma irəli sürülməyib.