Döyüş küçədə olacaq – Elena Xoştariya

Döyüş küçədə olacaq – bu barədə “Dəyişiklik” koalisiyasının liderlərindən biri Elene Xoştariya “TV Pirveli” telekanalının canlı yayımında məlumat verib. 

Xoştariyanın sözlərinə görə, parlament seçkiləri “tamamilə saxtalaşdırılıb, qeyri-legitim və oğurlanıb”. 

Onun sözlərinə görə, “Gürcü arzusu”nun bu addımı atması gözlənilməz olmayıb və müxalifət bütün ssenarilərə hazır olub.

„İvanişvili elə ssenari seçdi ki, məsələni tam olaraq mürəkkəbləşdirir. Xalqla daha böyük münaqişəyə girir, ölkəmizin mənafeyinə zidd hərəkətlər edir. Biz seçicilərimiz qarşısında cavabdehik, biz ölkəmizin qarşısında duran böyük seçimə, yəni Avropa və ya Rusiyaya cavabdehik. Bu gün biz ictimaiyyətə açıq şəkildə demək istəyirdik ki, seçkilər saxtalaşdırılıb, biz mübarizə aparacağıq, bu mübarizə mütləq küçələrdə olacaq. Mübarizənin bir hissəsi seçkilərin necə saxtalaşdırıldığına dair arqumentlər təqdim etməkdir”,- Elene Xoştariya bildirib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Vaşadze: Biz bu nəticələri tanımırıq

Növbəti Məqalə

Biz bu seçkini heç kimə bağışlamaq fikrində deyilik – “Güclü Gürcüstan” koalisiyası

Oxşar Xəbərlər