İranın Almaniyadakı hər üç konsulluğu bağlanacaq

Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Almaniya vətəndaşı Cəmşid Şarmahdinin edam edilməsinə cavab olaraq İranın Almaniyadakı hər üç konsulluğu bağlanacaq. İran konsulluqları Almaniyanın üç şəhərində – Frankfurt, Hamburq və Münhendə yerləşir.

“Biz dəfələrlə və aydın şəkildə Tehrana izah etmişik ki, Almaniya vətəndaşının edam edilməsi ciddi nəticələrə səbəb olacaq”, – Burbok bildirib.

Həmçinin, Berbokun sözlərinə görə, Almaniya Şarmahdinin edamında iştirak edənlərə qarşı Aİ səviyyəsində sanksiyalar tələb edir. Nazirin sözlərinə görə, onların arasında İran İnqilab Keşikçiləri də var.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rövşən İsgəndərov günlər sonra həbs olundu

Növbəti Məqalə

Şəxsiyyət vəsiqələri üçün 1000 lari…

Oxşar Xəbərlər