Edison araşdırması: exit-poll ilə nəticələr arasında 13 ballıq fərq manipulyasiya olduğunu göstərir.
Edison Research oktyabrın 26-da keçirilən seçkilər üçün exit-pollların icmalı ilə bağlı bəyanat yayıb və bildirib ki, rəsmi nəticələrlə exit-polllar arasındakı 13 faizlik fərq səslərin manipulyasiyasına işarə edir.
Şirkət yazır ki, mümkün seçki saxtakarlığı ilə bağlı bəyanatlardan sonra öz exit-polllarına baxış keçirib.
Edison vurğulayır ki, 2024-cü il parlament seçkiləri istisna olmaqla, 2012-ci ildən keçirilən bütün exit-polllar rəsmi nəticəni təxminən əks etdirib və ondan ciddi şəkildə kənara çıxmayıb.
“Edison 2012-ci ildən Gürcüstanda milli exit-poll keçirir. İndiyədək bütün Edison exit-pollları rəsmi dərc olunmuş nəticələri düzgün əks etdirib və “Gürcü Arzusu”nun qalib partiya olduğunu göstərib. 2024-cü ilə qədər keçirilən 5 exit-pollda nəticə ilə orta fərq 2%-i olub.
Bununla belə, 2024-cü il parlament seçkilərinin rəsmi nəticələrinə görə, “Gürcü arzusu” 54% səs qazanıb ki, bu da Edisonun oktyabrın 26-da axşam keçirdiyi “exit-poll”un məlumatlarından 13 faiz çoxdur” – açıqlamada yazılıb.