Məhkəmə “Güclü Gürcüstan”ın Samqori Dairə Seçki Komissiyasına qarşı iddiasını rədd edib.
Samqori Dairə Seçki Komissiyasına qarşı “Güclü Gürcüstan” – müxalifət koalisiyası parlament seçkilərində iştirak edən şəxslərin kimliyini müəyyən etmək üçün yoxlama maşınlarının məlumatlarının acıqlamasını tələb edib.
Bu sorğunun əsasını isə konkret şəxslərin məntəqələrə daxil olmagı və pasportlarında digər vətəndaşların şəxsi nömrələrinin yazıldığı foto-video sübutlar təşkil edib.
Şəhər Məhkəməsinin hakimi Salome Samxardze müxalifətin şikayətini təmin etməyib.
Respondentin sözlərinə görə, bu, verilə bilməyən şəxsi məlumatdır və bu səbəbdən Samqori Seçki Komissiyası bundan imtina edib.
Məhkəmə çəkişmələri davam edir, lakin indiyə qədər qəbul edilən qərarlar yalnız Mərkəzi Seçki Komissiyasının xeyrinə olub.