İsanidə supermarket qarət edilib. Şübhəlilər səhər saatlarında “Ori nabici” marketinə soxulublar.
“TV Pirveli”nin məlumatına görə, mağazadan elektron siqaretlərin seyfi oğurlanıb. Dəymiş ziyanın qiymətləndirilməsi hələ də davam edir. Səhər saatlarından hadisə yerində ekspert kriminoloqlar işləyir.
Şübhəlilərin kimliyi hələlik məlum deyil. “TV Pirveli”nin çəkiliş qrupu təsdiq edir ki, sözügedən mağaza iki həftə ərzində ikinci dəfədir ki, oğurlanır, lakin cinayətkarlar hələ də tapılmayıb.