Bjaniya “Təhlükəsizlik Şurası”nın iclasını keçirib – işğal olunmuş Abxaziyada fövqəladə vəziyyət elan edilib
İşğal olunmuş Abxaziyada fövqəladə vəziyyət – magistral yolun qanunsuz bağlanması nəticəsində yaranmış vəziyyətlə bağlı qondarma Prezident Aslan Bjaniya “Təhlükəsizlik Şurası”nın növbədənkənar iclasını keçirib.
Yerli KİV-in məlumatına görə, “təhlükəsizlik qüvvələrinin rəhbərləri qanunsuz fəaliyyətin qarşısının alınması üçün görülən tədbirlərdən danışıblar”.
Xatırladırıq ki, müvəqqəti işğal olunmuş Abxaziyada fövqəladə vəziyyət elan edilib. Məlumatlara görə, azı altı müxalifətçi zorakılığa görə saxlanılıb.
“Republica” xəbər verir ki, Ömər Smiri, Qari Kokaia, Almasxan Ardzinba, Ramaz Copua və Aslan Qvaramiya Qudautidəki ictimai toplantıdan qayıdarkən əlləri qandallı olublar. Onlar Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib.