Prokurorluq Xatia Dekanoidzeni dindirməyə çağırıb

Prokurorluq mümkün seçki saxtakarlığı ilə bağlı istintaq çərçivəsində “Birlik-Milli Hərəkatının” liderlərindən biri Xatia Dekanoidzeni dindirməyə çağırıb.

Dekanoidzenin mətbuata verdiyi məlumata görə, o, prokurorluğa getməyə hazırlaşmır və Tbilisi şəhər məhkəməsində magistratura hakiminin iştirakı ilə ifadə verəcək.
Dekanoidze prokurorluğa etimadsızlığını bildirir və deyir ki, adıçəkilən istintaq orqanı bir nəfərin maraqlarını ifadə edir.
“Prokurorluğa getməyə hazırlaşmıram. Cavablarım hakimlə olacaq və yəqin ki, mənə əlavə tarix bildiriləcək. Ümumiyyətlə, saxtakarlığı sübut edən bu qədər materialın olması və müxalifət liderlərinin Prokurorluğa çağırılması çox gülməludir. Ona görə də bu, mənim üçün xüsusi bir şey demək deyil”, – Dekanoidze bildirib.
Məlumat üçün bildirək ki, mümkün seçki saxtakarlığının araşdırılması çərçivəsində prokurorluq magistratura hakiminin iştirakı ilə bir neçə müxalifət liderini və qeyri-hökumət sektorunun nümayəndələrini, o cümlədən Zurab Qirçi Caparidze, Mamuka Xazaradze, Natia Mezvrişvili, Saba Buadze , Tengo Tevaze və Londa Toloraia dindirilib.
Prokurorluq iddia edir ki, sözügedən işin istintaqı çərçivəsində Mərkəzi Seçki Komissiyasının bir çox nümayəndəsi dindirilib, lakin agentlik konkret ad və soyadları açıqlamayıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Katsarava: İndi təslim olmaq vaxtı deyil

Növbəti Məqalə

MSK-nın müxalif üzvlər prezident ilə görüşüblər

Oxşar Xəbərlər