Fransanın Issy-le-Moulino şəhərindəki L’Olivier restoranında sahibin oğlu işçiləri girov götürüb, onları binaya bağlayıb və barrikadalar qurub.
Bu barədə Fransa mətbuatında xəbərlər yayılıb.
KİV-in məlumatına görə, restoran sahibinin oğlu bıçaqla silahlanıb və intihar etmək istəyir.
“Le Figaro” qəzeti polisdəki mənbəyə əsaslanaraq yazır ki, ilkin məlumatlara görə, həmin şəxs 3 və ya 4 nəfəri girov götürüb. Onun tələbləri barədə hələ ki, məlumat yoxdur.
AFP-nin məlumatına görə, polis hadisə yerindədir və həmin şəxslə danışıqlar aparır.