Tbilisidə bir polis yaralanıb. Hüquq-mühafizə orqanının əməkdaşı öz evində güllələnib. Şako Peradze hazırda klinikadadır, səhhətinin vəziyyəti ağırdır.
“TV Pirveli” iki nəfərin gecə yarısı Vedzidəki evinin yaxınlığında Tsxnet polisini pusquya saldığını öyrənib. Daxili İşlər Nazirliyinin əməkdaşı əvvəlcə şifahi söyülüb, daha sonra odlu silahla güllələnib.
Yerli sakinlər gecə saatlarında 5 atəş səsi eşitdiklərini deyirlər. Onların dediyinə görə, atışmadan sonra yaralı Peradze evə daxil olub, qeydiyyatda olan silahı çıxarıb və hücum edənlərə atəş açıb.
„Atışma səsini eşitdim bayıra çıxdım “nə olur” dedim, cavabında Şako yaralandı dedilər. Bu oğlan mənim qohumumdur. Şako yaralanıb və təcili tibbi yardım maşını ilə aparıldı. Bunun niyə baş verdiyini heç kim bilmir” – qohumu deyir.
Yaralı polisin ailə üzvlərinin sözlərinə görə, hücum Şako Peradzenin işi ilə bağlıdır.
Daxili İşlər Nazirliyi bir neçə saatdır ki, qaçan iki cinayətkarı axtarır.