Tbilisidə çadırlar qurulub – Kobaxidze hökumətin iclasını təyin etdi

Sabah, bazar ertəsi, saat 11:00-da hökumətin iclası təyin olundu – vətəndaşların etirazları fonunda baş nazir İrakli Kobaxidze iclas keçirməli olacaq. 

Paytaxtı yeni etiraz dalğası bürüdü – Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında artıq 24 saat fasiləsiz etiraz aksiyası başlayıb, çadırlar qurulub. 

Müxalifətin fikrincə, yaxın 24 saat ərzində Çavçavadze, Melikişvili, Varazişxevi bloklanacaq və dinc müqavimət hərəkatı belə başlayacaq.

Nümayişçilərin əsas tələbi yenidən seçkilərin keçirilməsidir. Onlar MSK-nın elan etdiyi seçkilərin nəticələrinə inanmır və “Gürcü arzusu”nun oktyabrın 26-da keçirilən seçkiləri saxtalaşdırdığını iddia edir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Melia: Növbəti 24 saat ərzində aksiyada qalacağıq

Növbəti Məqalə

Tramp energetika naziri vəzifəsinə Kris Raytın namizədliyini irəli sürüb

Oxşar Xəbərlər