Gürcüstan-Çexiya oyunundan sonra metro və avtobuslar gec saatlara qədər işləyəcək

Tbilisi meriyasından verilən məlumata görə, Gürcüstan-Çexiya oyunu ilə əlaqədar noyabrın 18-i saat 17:00-dan noyabrın 20-i saat 14:00-dək Rustaveli prospekti ilə Respublika meydanının kəsişməsindən Respublika meydanı ilə Merab Kostava küçəsinin kəsişməsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Avtobusların bəziləri noyabrın 20-də gecə saat 02:00-a qədər, Tbilisi metrosu da gec saatlara qədər işləyəcək.

UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti görüşü noyabrın 19-da, Çexiyanın Olomouts şəhərində, Tbilisi vaxtı ilə saat 23:45-də keçiriləcək.

“Respublika meydanında azarkeşlərin oyunu izləmək və Gürcüstan millisini dəstəkləmək üçün ekranlar quraşdırılacaq”. – bu barədə hökumətin iclasında paytaxtın meri Kaxa Kaladze danışıb. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ermənistanda bir neçə yüksək rütbəli məmur istefa verib

Növbəti Məqalə

HƏMAS liderlərinin Türkiyədə olması ilə bağlı xəbərlər doğru deyil – türk diplomat

Oxşar Xəbərlər