Marneulidə gənc oğlan bıçaqlanaraq öldürülüb
Neytral.ge xəbər verir ki, əldə etdiyimiz məlumata görə, Marneulidə qətl hadisəsi baş verib, gənc oğlan bıçaqlanaraq öldürülüb.
Bu mərhələdə hadisənin təfərrüatları məlum deyil.
Hazırda hadisə yerinə çox sayda patrul və kriminal polis cəlb olunub.
Neytral.ge-nin əməkdaşı hadisə ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır.