Biz Daxili İşlər Nazirliyinin dinc nümayişçilərə qarşı zorakı hərəkətini pisləyirik – Tİ və ISFED-in bəyanatı
Qeyri-hökumət təşkilatları, „Transparency İnternational” (TI) və Ədalətli Seçkilər (ISFED) Tbilisidə, xüsusən də Çavçavadze-Melikişvili küçələrində keçirilən nümayişlərin dağıdılmasına reaksiya verir.
Təşkilatlar Daxili İşlər Nazirliyinin dinc nümayişçilərə qarşı zorakılığını pisləyir və hüquq-mühafizə orqanlarını qanun çərçivəsində fəaliyyət göstərməyə, “Gürcü arzusu”nun qanunsuz tapşırıqlarını yerinə yetirməməyə çağırır.
“Daxili İşlər Nazirliyini qanunun tələblərinə uyğun fəaliyyət göstərməyə çağırırıq. Hakim partiyanın qeyri-qanuni tapşırıqlarına tabe olmayın və Gürcüstan qanunvericiliyinə uyğun hərəkət edin” – bəyanatda oxuyuruq.