TDU-da səs-küy – tələbələr mühafizə xidməti və naməlum şəxslə üzləşib

Tələbələrin gecəni seçki saxtakarlığına etiraz edərək keçirdiyi TDU-da səhər saatlarında səs-küy yaranıb. Gənclər mühafizə xidməti ilə üz-üzə qalıb.

Gənclərin sözlərinə görə, mühafizə xidməti binanın məkanında onların hərəkətini məhdudlaşdırıb və bu, onların etirazına səbəb olub. Tələbələr bildirirlər ki, binada mühafizə xidməti ilə birlikdə çox fəal olan daha bir naməlum şəxs olub. Onların məlumatlarına görə, fiziki qarşıdurma da olub. 

“Tualetəd başqa binada hərəkət etməyimizi məhdudlaşdırırlar. Buna etiraz olaraq bayıra çıxıb bəzi yerlərdə dayanmaq qərarına gəldik. Bunu görəndə onlar bizə qarşı hərəkətə keçdilər.

İkinci vəziyyət odur ki, 2 qız və 1 oğlan fiziki zorakılığa məruz qaldıq. Tələbələrin vəziyyəti pisləşdi, onlardan biri emosional sarsıntı keçirdi, qızlardan birini sürüyüb təpiklə vurdular. Oğlan deyir ki, astma xəstəliyindən əziyyət kəçməyinə baxmayaraq, onu yerə yıxıblar, başı dəyib. Şükür, İndi hamı yaxşıdır, heç birinin vəziyyəti ağır deyil” – aksiyada iştirak edən tələbələrdən biri Zviad Tsesxladze deyir.   

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Çox qeyri-adidir” – Bayden Netanyahunun həbsinə dair order haqqında

Növbəti Məqalə

Mitinqdə həbs edilən Mate Devidze barəsində həbs qətimkan tədbiri seçilib

Oxşar Xəbərlər