Noyabrın 21-də Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin bir neçə üzvü Malinin Mopti şəhəri yaxınlığında öldürülüb.
Bloomberg-in yazdığı kimi, Vaqnerçilər pusquya düşdülər.
Nəşrin məlumatına görə, pusqu iştirakçıları Əl-Qaidə ilə əlaqəsi olan qruplaşmanın üzvləridir.
Son məlumatlara görə, hücum zamanı Vaqnerin ən azı 6 üzvü həlak olub.
Özəl hərbi şirkət “Vaqner” 2021-ci ildən, Fransa hərbçiləri ölkəni tərk etdikdən sonra Malidə davam edən münaqişədə iştirak edir.