Rusiya Ukraynaya böyük raket zərbəsi endirib. Səhər saatlarından ölkənin bütün ərazisində hava həyəcanı elan edilib.
Ukrayna nəşrinin məlumatına görə, səhər saatlarında işğalçılar Tu-95MS tipli 7 strateji bombardmançı təyyarələri ilə Ukrayna ərazisinə zərbələr endirib, Qara dənizdən “kalibr”lər buraxıblar.
Bildirilir ki, ölkənin müxtəlif bölgələrində partlayış səsləri eşidilir. Bəzi rayonlarda elektrik enerjisi kəsilib.
Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov bildirir ki, düşmən Xarkova üç hücum həyata keçirib. Nəticələr hələ məlum deyil.