Gürcüstanın Bolqarıstandakı səfiri istefa verib

Gürcüstanın Bolqarıstandakı səfiri istefa verib. Otar Berdzenişvili bu barədə X-də yazıb və etirazçılarla həmrəy olduğunu bildirib.

“Bu ictimai müraciətlə bildirirəm ki, mən artıq Gürcüstanın Bolqarıstan Respublikasındakı səfiri vəzifəsindən istefa ərizəmi təqdim etmişəm. Uzunmüddətli diplomatik fəaliyyətim dövründə (iyirmi ildən çox) həmkarlarımla birgə Gürcüstanın Avro-Atlantik və Avropa İttifaqına inteqrasiya prosesi və müttəfiqlərimiz, xüsusilə ABŞ ilə möhkəm və etibarlı strateji tərəfdaşlıqlar qurma prosesinin inkişafında fəal iştirak etmişəm.

Bizim yorulmaz səylərimiz heç bir şəraitdə pozulmamalıdır.  Dinc etiraz iştirakçılarının azad iradəsinə qarşı zorakılığı qınayıram və tam həmrəyliyimi bildirirəm”, – Berdzenişvili yazıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

DİN media nümayəndələrinə qarşı…

Növbəti Məqalə

Aİ gürcü xalqının yanındadır, mitinq iştirakçılarına qarşı zorakılığı pisləyirik – Herçinski

Oxşar Xəbərlər