“Fəallar Gələcək Naminə” hərəkatının üzvü Elvin Kərimov saxlanılıb

Neytral.ge xəbər verir ki, dünən gecə Tbilisidə, Parlamentin qarşısında etirazçılar arasında olan “Fəallar Gələcək Naminə” hərəkatının üzvü Elvin Kərimov Xüsusi Təyinatlılar tərəfindən saxlanılıb. Hal-hazırda müvəqqəti təcridxanada olan Elvinlə bu səhər görüşən vəkillər onun ağır şəkildə döyüldüyünü bildirirlər.

Bu səhər təcridxanada Elvinə baş çəkən Vəkil Kamral Amcanoğlu bildirib ki, onun gözünün altı qaralıb, dodağı partlayıb, paltarı qanlı olub.

O, on nəfərə yaxın maskalı şəxs tərəfindən amansızca döyüldüyünü bildirib.

“Mitinqdə saxlanılan şəxslərin döyülməsi təəssüf ki, artıq adi haldı, ama milliyətcə azərbaycanlı olduğumuza görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Elvinə deyirlərmiş ki, „sən haqqlarını Azərbaycanda tələb elə, burda nə gəzirsən? Tatari, tatari, tatari deyə amansızca döyüblər” – təşkilatın üzvü bildirir.

Vəkil Elvin Kərimovun məhkəmə prosesinin sabah Tbilisi Şəhər Məhkəməsində baş tutacağını bildirir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ABŞ: Biz nümayişçilərə qarşı güc tətbiqini pisləyirik

Növbəti Məqalə

Polis “Dəyişiklik Koalisiyası”nın ofisinə daxil olub

Oxşar Xəbərlər