Kriminal polis Qirçi/Droanın ofisinə daxil olub və axtarış aparır. Prosesdə „Droa” Partiyasının sədri Elene Xoştariya da iştirak edib və mediaya açıqlama verib.
“Tədbir gözlənilir. Burada paralonlar, yorğanlar, atəşfəşanlıqlar, idman ayaqqabıları, aksiya üçün yumurtalar – etiraz üçün lazım olan hər şey var. Gəlib lazerləri, boyaları və digər əşyaları qeydə alırlar”. – Xoştariya deyir.
Polis „Birlik-Milli Hərəkat” və „Axali” Partiyasının gənclər qanadı olan ofislərində də axtarış aparıb. Bundan başqa, kriminal polis “Daitove” qrupunun inzibatçılarından biri İlia Ğlontinin evində axtarış aparıb.