Daxili İşlər Nazirliyinin məlumatına görə, polis “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvilini həbs edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Elisaşvili zorakılıqla törədilən təqibdə ittiham olunur – ona qarşı Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə iş başlanıb.
Daxili İşlər Nazirliyi Elisaşvilini “Gürcü Arzusu”nun üzvü Əli Babayevə hücum etməkdə və ona fiziki təzyiq göstərməkdə ittiham edir.
“İstintaq müəyyən edib ki, bu il dekabrın 2-də Tbilisinin Kostava küçəsində yerləşən apteklərdən birində Aleksandre Elisaşvili “Gürcü arzusu” siyasi partiyasının üzvü, 1954-cü il təvəllüdlü A.B.-yə hücum edib və ona fiziki təzyiq göstərib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Aleksandre Elisaşvili şübhəli şəxs qismində həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə istintaq aparılır”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.