İvanişvilinin hakimiyyəti rusdilli Telegram qruplarında „zonderlər” axtarır. Onlar atletik bədən quruluşlu, gürcü dilini bilən, döyüş sənəti bacarığı olan rusları axtarırlar. Rus rublu ilə ödəməyə söz verirlər. Söhbət gündə 75 000 rubl ödəməkdən gedir ki, bu da təxminən 2 000 laridir.
Bu məzmunun Telegram kanallarında kütləvi şəkildə elan edilməsindən sonra müxalifət “Gürcü Arzusu”nun sistemdə qanunsuz tapşırıqlarını yerinə yetirəcək adamın olmadığını düşünür. Hakimiyyət əleyhdarlarının fikrincə, indi oliqarx rejim belə adamları sistemdən kənarda, ruslar arasında axtarır.