Marneulidə vəziyyət tam başqadır – Reallıq isə tam başqa

Qeyd olunduğu kimi Marneulidə bu gün yerli hökümət “Bayram şənliyi” keçirir. Bu şənlik kimə və nəyə xidmət edir? Bütün Gürcüstanda gərginlik günü-gündən artdığı, ölkəni etiraz aksiyaları, mitinqlər əhatə etdiyi bir vaxtda azərbaycanlıların sıx məskunlaşdığı regionda belə bir „Bayram şənliyi”nin keçirilməsi nə dərəcədə düzgündür? Əslində bu məqsədyönlü bir addımdır, Gürcüstanda həyatın „normal” gedişinin görüntüsünü yaratmaqdır, saxta bir görüntü.

Qeyd edək ki, hal-hazırda səhnə hazırlanıb, səhnənin arxasında yetginlik yaşına çatmayan uşaqlar var və böyük əksəriyyəti kiçik və yetkinlik yaşında olmayan uşaqlardır. Hətta artıq uşaqlar arasında insidentin baş verdiyi deyilir.

Marneulinin əsas küçəsi bağlandığından, xalq məcburi olaraq Тakaişvili küçəsindən istifadə edir, həmin küçə hədsiz dərəcədə bərbad vəziyyətdədir, avtomobillər dar küçədən giriş-çıxış etməyə çətinlik çəkir və hətta o qədər bərbad vəziyyətdədir ki, kiçik avtomobillərin alt hissələri yerə sürtülür, daş-çəşək avtomobillərə ciddi ziyan vurur.

Xatırlatmaq istəyirik ki, sabah Tbilisidə də bayram şənliyinin keçiriləcəyi planlaşdırılır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rəcəb Tayyib Ərdoğan Antoni Blinkeni qəbul edib

Növbəti Məqalə

Foto-jurnalistə 7 gun həbs cəsası verildi

Oxşar Xəbərlər