Kobaxidze: Salome Zurabişvili öz postunu tərk etməli olacaq

“Salome Zurabişvili öz postunu tərk etməli olacaq”.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin vəzifəsinə davam edəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

“Bizdə bir ölkədə üç de-fakto prezident ola bilməz. Salome Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya prezidentləri ilə eyniləşdirir.

Biz, sadəcə olaraq, bunu ciddi qəbul edə bilmərik. Dekabrın 29-da Zurabişvili öz postunu tərk etməli olacaq və onun yerinə seçilmiş Prezident Mixail Kavelaşvili gələcək. Salome Zurabişvilinin bəyanatı ilə bağlı hər hansı fəsadın olacağını düşünmürəm. Zənnimcə, o bunu edəcək. Hər hansı çətinlik gözlənilmir”, – deyə Kobaxidze bildirib.

Salome Zurabişvili parlamentin və prezident seçkisinin legitimliyini tanımadığını, bu səbəbdən prezident səlahiyyətinin yeni prezidentin andiçməsinin keçiriləcəyi 29 dekabrdan sonra da davam edəcəyini bəyan edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rejim nümayəndələri üçün Milanda alış-veriş və Eyfel qülləsi yaxınlığındakı restoranda romantik axşam başa çatdı – Qiorqi Pataridze

Növbəti Məqalə

Suriyaya daxil olanlar Türkiyə tərəfindən idarə olunub – Tramp

Oxşar Xəbərlər