Mən özümü yalnız qətldə günahkar bilirəm – Kesariyanı qətlə yetirən

Tbilisi şəhər məhkəməsi transseksual qadın Kesariya Abramidzenin qətlində təqsirləndirilən Beka Caianini həbsdə saxlayıb.

Sessiyada qətldə ittiham olunan Beka Cayani iştirak edib. O, iclasda bildirib ki, o, irəli sürülən ittihamlar üzrə özünü qismən, daha doğrusu, yalnız qətl hissəsi üzrə təqsirli bilir.

“Mən özümü günahkar bilirəm, amma qismən cinsiyyətlə bağlı razılaşmıram. Bu mənim mövqeyimdir. Mən özümü sistematik döyülmələrdə günahkar hesab etmirəm. Mən bir insanı öldürməkdə günahkar olduğumu etiraf edirəm”, – Beka Caiani deyib.

Xatırladaq ki, transseksual qadın Kesariya Abramidze sentyabrın 18-də öz evində qətlə yetirilib. Onun bədənində 28 bıçaq yarası olub. Onun keçmiş ortağı Beka Caiani qətldə ittiham olunaraq həbs edilib. 

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “h” və “m” maddələri ilə, yəni qəsdən adam öldürmə, xüsusi amansızlıqla və cinsinə görə ağırlaşdırıcı hallar ilə aparılır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bu etiraz və beynəlxalq dəstəklə biz o həddə çatacağıq ki, ölkədə yeni seçkilər təyin olunacaq – Caparidze

Növbəti Məqalə

Şimali Koreya Rusiya-Ukrayna müharibəsində 1100 nəfər itki verib

Oxşar Xəbərlər