Türkiyədə partlayıcı maddələr fabrikində baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb, yaralılar da var. Bu barədə BBC yerli KİV-ə istinadən xəbər verir.
Balıkesir vilayətində fabrikdə partlayış baş verib. Əyalət valisi İsmayıl Ustaoğlunun sözlərinə görə, partlayış nəticəsində müəssisənin bir hissəsi dağılıb.