Gürcüstan Baş prokurorunun keçmiş müavini istefası ilə bağlı açıqlama verib.
“Gürcüstanda deyiləm. Bir müddətdir ki, bu məsələni düşünürdüm və dekabr ayında baş prokurorun müavini vəzifəsindən istefa verdim. Qərarım cari hadisələrlə bağlı deyil və hər kəsdən müxtəlif yozumlardan çəkinməyi xahiş edirəm”
Bu barədə “Azadlıq” radiosuna Natia Merebaşvili bildirib.
Natia Merebaşvili 18 il prokurorluqda işləyib, son 5 ildə isə baş prokurorun müavini vəzifəsini tutub. Onun istefası ilə bağlı məlumat yanvarın 5-də dərc olunub.