Analitiklər hesab edirlər ki, İvanişvilinin komandası nəhayət ki, tanınma ümidini tam itirib və artıq Avropa İttifaqından yeni sanksiyalar paketini gözləyir.
Keçmiş müdafiə nazirinin müavini Nodar Xarşiladze deyir ki, oliqarx təslim olmaq fikrində deyil və yeni seçkilər təyin etmək niyyətində deyil və bu mesaj “Gürcü arzusu” siyasi şurasının məktubunda oxunur.
Bundan əlavə, Xarşiladzenin iddiasına görə “Gürcü Arzusu” rəhbərliyinin Tramp hökuməti ilə əlaqəsi olub və onlar artıq Tramp administrasiyasının onlara legitimlik verəcəyi ilə bağlı illüziyalara sahib deyillər, ona görə də sonda Va-banka gedirlər.