Heç kim “Gürcü arzusu” hökumətindən ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün dəvət almayıb. Bu barədə “Azadlıq” radiosuna hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib
Onların məlumatlarına görə, Mixail Kavelaşvili də dəvət almayıb. Dekabrın 29-da “Gürcü arzusu”nun altıncı prezidenti seçilən Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Donald Trampın andiçmə mərasimində iştirak edəcək. ABŞ Nümayəndələr Palatasının üzvü Co Vilson ona dəvət göndərib