Qalmaqal: Hakim Ketevan Caçvadze kimdir və hüquq fakultəsini harada oxuyub?

Hakim Ketevan Caçvadze kimdir və o, hüquq fakültəsini harada oxuyub? Belə çıxır ki, 11 vicdan məhbusunu həbs edən hüquqşünas təhsilini David Qareceli adına Texniki İnstitutunda alıb.

Rəsmi mənbələrə və məlumatlara istinad etsək, hakim Caçvadzeyə hüquq dərəcəsini almaq üçün cəmi iki il lazım olub. 1996-cı ildə əsası qoyulan institutu 1998-ci ildə bitirib.

Halbuki, o vaxt bakalavr dərəcəsini bitirmək üçün beş il lazım idi. Ömürlük vəzifəyə təyin olunan hakimə insanların taleyini həll etmək imkanı verən diplomun həqiqiliyinə cəmiyyətdə şübhələr yaranıb.

David Qareceli adına Texniki və Humanitar İnstitutundan yalnız binanın divarları qalıb. Ərazi avtomobil dayanacağına və heyvan sığınacağına çevrilib. İnstitut Saqarecoda yerləşirdi və 2006-cı ildə fəaliyyətini dayandırıb.

“Çox qısa müddət fəaliyyət göstərdi və burada bir kurs da bitmədi. Bir dəfə başladı, tezliklə ləğv edildi. Beləliklə, qrupun məzun olub diplomla təltif edilməsini xatırlamıram”. – İllər əvvəl adıçəkilən məktəbin mühafizə xidmətində işləyən vətəndaş bildirir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Etiraz aksiyaları zamanı saxlanılan İrakli Miminoşvili nəfəs darlığı səbəbindən proses zamanı vəziyyəti pisləşib

Növbəti Məqalə

Etiraz əlaməti olaraq zalı tərk etdilər…

Oxşar Xəbərlər