İngilis aktyoru Cud Lou fransız rejissoru Olivye Assayasın “Kreml cadukarı” adlı yeni filmində Vladimir Putin rolunu oynayacaq. Aktyor Deadline-a müsahibəsində məlumatı təsdiqləyib.
“Bunu tərəddüdlə deyirəm, çünki hələ üzərində işləməyə başlamamışam. Yəni, başlamışam, amma elə bil qarşımda Everest dağı var və mən yamacda dayanıb yuxarı baxıram, düşünürəm ki, İlahi, mən buna nə üçün razı oldum?” – aktyor deyir.
Olivier Assayas-ın “Kreml cadukarı” filmi italyan esseist və romançı Giuliano Da Empolinin 2022-ci ildə yazdığı eyniadlı novella əsasında çəkilib.
Romana görə, film Rusiya prezidenti Vladimir Putinin siyasi karyerasının ilk illərindən bəhs edəcək.