„Qaxariya-Gürcüstan Naminə” Partiyasının lideri Qiorqi Qaxariya Batumidə hücuma və fiziki təzyiqə məruz qalıb.
“Mtis Ambebi” nəşrinin baş redaktoru Qela Mtivlişvili sosial şəbəkədə yazıb ki, Qiorqi Qaxariyaya Acariyanın qeyri-legitim parlamentinin və Ali Şurasının deputatları Dimitri Samxaradze, Qiorqi Manvelidze və digər şəxslərdən ibarət qrup tərəfindən “Şeraton” otelində hücum edilib.
“Batumidə, Şeratonda Rusiya rejiminin qeyri-legitim parlamentinin və Acarıstan Ali Şurasının deputatları Dimitri Samxaradze, Qiorqi Manvelidze və başqaları qrup halında Qiorqi Qaxariyaya hücum ediblər, bundan əvvəl isə eyni oteldə qalan dostumuza hücum ediblər. Qaxariyanı klinikaya aparıblar”. – Mtivlişvili yazır.
Hücum faktını partiyanın mətbuat xidməti də təsdiqləyib.