Qəzza zolağında atəşkəs razılaşması əldə olunub

Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək, atəşkəs, İsrail qoşunlarının çıxarılması, girovların azad olunmasını əhatə edəcək. Bu barədə ABŞ Prezidenti Cozef Bayden müraciətində bildirib.

Baydenin sözlərinə görə, ikinci mərhələ bütün girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur və üçüncü mərhələnin həyata keçirilməsi zamanı öldürülən girovların qalıqları qohumlarına qaytarılacaq, bundan sonra anklavın bərpası prosesi başlayacaq.

O bildirib ki, hər üç mərhələdə atəşkəs rejimi tətbiq olunacaq.

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib ki, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qərbdə Ukraynaya yardım məqsədi ilə Rusiya aktivlərinin tam ələ keçirilməsinə dəstək artmaqdadır

Növbəti Məqalə

Boçorişvili və Kobaxidze yanvarın 16 və 17-də Azərbaycan Respublikasına gedəcəklər

Oxşar Xəbərlər