Mən həqiqətən əminəm ki, respublikaçılar və demokratlar gürcü xalqının yanında möhkəm dayanacaqlar. Mən özüm Gürcüstanın qanuni prezidenti Salome Zurabişvili haqqında məlumat yaymaqdan çox məmnunam.
Yenə də Gürcüstanda azad və ədalətli seçkilərin keçirilməsini istəyirik. Dövlət katibi namizədi Marko Rubionun ailəsi kommunist ölkədən qaçıb. O, azad və ədalətli seçkilərin keçirilməsinin nə qədər vacib olduğunu yaxşı başa düşür və Gürcüstanda azad və ədalətli seçkiləri təşviq etmək üçün bundan yaxşı Dövlət Katibimiz ola bilməzdi.
Bütün dünyada azad və ədalətli seçkilər istəyən şəxs olan Donald Tramp haqqında da eyni sözləri deyərdim. Mən prezident Trampa dedim ki, Gürcüstanda seçkilər saxtalaşdırılıb, ona məlumat verdim və əminəm ki, o, bunu araşdırır, lakin bir daha təkrar edirəm, biz dinc etirazlarını davam etdirən və ədalətli və azad seçkilər tələb edən gürcü xalqından ilhamlanırıq. Prezident Trampın prioriteti dünya ölkələrinin öz vətəndaşlarının xeyrinə azad və ədalətli seçkilər keçirməsidir.
Respublikaçı konqresmen və Helsinki Komissiyasının sədri Co Vilson Amerikanın Səsinə müsahibəsində belə deyir.